İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, bu gün baş verən proseslər dollara olan tələbatın süni şəkildə azaldılması və iqtisadi aktivliyin azalması ilə izah edilə bilər: “Mərkəzi Bank son 2 ayda sərt şəkildə əlindəki vasitələrdən istifadə etməklə sərbəst manat kütləsini azaltmağa doğru addımlar atır, dövriyyədə olan manatın həcmini azaldır. Bütün bu inzibati addımlar manat dövriyyəsinin azalmasına və dollara olan tələbatı tənzimləməyə xidmət edən addımlardır”.
“İnzibati yollarla məzənnəni tənzimləmənin fəsadlarını biz keçən illərdə yaşadıq. Bu iqtisadi aktivliyə mənfi təsir göstərir. İqtisadi aktivliyin azalması insanların gəlirlərinin azalmasına səbəb olur. Görünən odur ki, Mərkəzi Bankın qırmızı xətti var” – deyə o bildirib.