SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ya düşmənçilik, ya dostluq, ABŞ üçün başqa alternativ qalmayıb

© Photo : AATürkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Bağçalı: "Ərdoğanın tək olmadığını bu tribunadan bir daha təkrarlayıram"

BAKI, 16 may — Sputnik. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı prezident Ərdoğanın Vaşinqtona səfəri ilə bağlı müxalifətin ünvanlandığı tənqidlərə cavab verib. Sputnik Azərbaycan "TRT"-yə istinadən xəbər verir ki, Bağçalı türk xalqının Ərdoğanın arxasında durmasının vacibliyini qeyd edib:

“Çindəki forumda iştirak elədikdən sonra hörmətli prezident Ərdoğan ABŞ-a gedib. Görüşün əsas mövzusunun nə olacağını Ərdoğan özü açıqlayıb. Buradan açıq şəkildə bəyan edirəm ki, prezidentin arxasında Türkiyə dövlətinin və türk millətinin qüdrəti dayanır. Vəzifəsi və mövqeyi nə olur-olsun heç kim Türkiyəni aciz görə bilməz. Qəflətə qapılıb Türkiyəni alçalda bilməz. Ərdoğan, türk millətinin duasını alaraq həmsöhbətlərinin qarşısına çıxacaq. O, Amerikaya getməklə düzgün qərar verdi. İndi növbədə PYD-PKK əlaqələrini sənədlərlə Trampa başa salmaqdır. Ərdoğanın tək olmadığını bu tribunadan bir daha təkrarlayıram”.

Dövlət Bağçalı ABŞ-ın iki yolunun qaldığını da deyib:

“Ya PKK ilə münasibətləri gücləndirəcək, ya da bundan əl çəkib Türkiyə ilə əl sıxacaq. Ya düşmənçilik, ya dostluq, ABŞ üçün başqa alternativ qalmayıb”.

Xəbər lenti
0