Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli keçirilən mətbuat konfransında açıqlayıb: “Biz bunu xüsusi qeyd etməliyik ki, dünyanın heç bir yerində jurnalistlər üçün dövlət başçısı tərəfindən mənzil hədiyyə olunmur. Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər”.
“Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV təqdimat verə bilməz” — deyə o bildirib.