Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı düşmənçilik mövqeyidir"

© Photo : APABahar Muradova, Milli Məclis sədrinin müavini
Bahar Muradova, Milli Məclis sədrinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Bahar Muradova: "Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə olaraq biz burada yaşayan xalqlara qarşı adekvat münasibət göstəririk"

BAKI, 16 may — Sputnik. "Bu qərar ilk növbədə Rusiyanın daxildə sərbəst toplaşmaq azadlığına və vətəndaşına olan münasibətinin göstəricisidir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında vitse-spiker Bahar Muradova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasına münasibət bildirərkən deyib.

Siyavuş Novruzov - Sputnik Azərbaycan
"Rusiyanın Azərbaycandakı təşkilatlarının fəaliyyəti araşdırılsın"

O bildirib ki, bu qərarı Rusiya dövlətinin məqsədli siyasəti hesab etmək də olmaz: "Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə olaraq biz burada yaşayan xalqlara qarşı adekvat münasibət göstəririk. Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa qarşı eyni hörmət var. Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara da belə münasibət göstərilsin!".

B. Muradova qeyd edib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var: "Lakin uzun illər iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların bəzi politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Lakin son hadisə Azərbaycana qarşı düşmənçilik mövqeyidir".

"Onları bu hərəkətlərdən çəkindirmək üçün imkanları işə salmağa çalışmalıyıq. Bu məsələlər hüquq müstəvisində həll olunmalıdır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Rusiyanın azərbaycanlı vətəndaşlarından tələb olunur ki, onlar buraxdıqları nöqsanları aradan qaldırsınlar. Birliyə, həmrəyliyə, dostluğa vahid mövqedən çıxış etməyə söykənərək, məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Ümid edirəm ki, məsələ yaxın zamanda həllini tapacaq" — Muradova vurğulayıb.

Xəbər lenti
0