Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiyanın Azərbaycandakı təşkilatlarının fəaliyyəti araşdırılsın"

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatlarının qanuna uyğun şəkildə fəaliyyət göstərməsi barədə məlumat versinlər"

BAKI, 16 may — Sputnik. "Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsi Azərbaycan əhalisini çox narahat edir. Azərbaycanın qonşu ölkələrinə münasibəti həmişə yaxşı olub. Bəziləri öz şəxsi maraqlarını ümumi maraqlardan üstün tutaraq münasibətlərə zərbə vururlar".

Tibb elmləri namizədi, professor Fazil Qurbanov - Sputnik Azərbaycan
Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, Konqresin bağlanması ümumi münasibətlərin pisləşməsinə xidmət edən bir addımdır: "Biz öz neytrallığımızı qoruyub saxlayırıq. Bununla yanaşı, bunun qarşılığını biz hiss etmirik, görmürük. Parlament bununla bağlı ciddi bir müraciət etməlidir".

"Mən Azərbaycanın aidiyyəti strukturlarına üz tuturam. Onlar Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatlarının qanuna uyğun şəkildə fəaliyyət göstərməsi barədə məlumat versinlər və biz bunu müzakirə edək" — Novruzov əlavə edib.

Millət vəkilinin sözlərinə görə, bu, ciddi, ictimaiyyəti narahat edən məsələdir: "Rusiyanın dövlət başçısının da bu məsləyə münasibəti olmalıdır".

Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Rusiyanı həmişə dəstəkləyir.

Xəbər lenti
0