CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hürrəm Sultan"ın kirayə verildiyi məkan

© Sputnik / Irade JELILGəlinlik paltarlar
Gəlinlik paltarlar - Sputnik Azərbaycan
Abunə olmaq
Deyirlər, "may ayında toy etmək olmaz, düşər düşməzi var"

BAKI, 15 may — Sputnik. Toy ailə həyatının başlanğıcıdır. Hamı çalışır ki, toy günü daha gözəl və fərqli görünsün. Gəlinlər isə bu günə xüsusi hazırlaşırlar. Gəlinlik seçimi, xına paltarı, saç düzümü, aksesuarlar. Buna görə də, qızlar toylarına aylar öncədən hazırlaşmağa başlayırlar. Gəlinlik hər bir qızın arzusudur. Buna görə də, toydan öncə qızlar gəlinlik seçmək üçün daha çox zaman sərf edirlər.

© Sputnik / Irade JELILAzərbaycanda qızlar daha çox bəyaz gəlinliyə üstünlük verirlər
Azərbaycanda qızlar daha çox bəyaz gəlinliyə üstünlük verirlər - Sputnik Azərbaycan
Azərbaycanda qızlar daha çox bəyaz gəlinliyə üstünlük verirlər

İlk gəlinliyin nə zaman ortaya çıxdığı bəlli deyil. Amma bütün ölkələrdə gəlinlər ağ geyimə üstünlük verirlər. Hələ XVI-XVII əsrlərdə ağ rəngli gəlinlikləri, ömrünü Tanrıya xidmətə həsr edən və kilsə həyatını seçən qızlar geyinə bilərdi. Toylarda isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinərmişlər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurmuş.

Tarixin müxtəlif dövrlərində müxtəlif ölkələrdə rəngli gəlinliklərə üstünlük verilməyə başlanılıb. Məsələn, Fransada belə bir inanc formalaşmışdı ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə toylarında yaşıl gəlinlik geyinərdi.

© Sputnik / Irade JELILAliyə Əlməmmədova
Aliyə Əlməmmədova - Sputnik Azərbaycan
Aliyə Əlməmmədova

Azərbaycanda qızlarımız daha çox bəyaz gəlinliyə üstünlük verirlər. Gəlinlik paltarların satışı və kirayəsi ilə məşğul olan Aliyə Əlməmmədovanın Sputnik Azərbaycan-a danışdığına görə, onların mağazasında gəlinliklərin kirayəsi 200-1500 manata, sifarişlər isə 400-3000 manata başa gəlir. Gəlinliklə birlikdə duvaqlar və taclar da kirayə verilir.

"Gəlinliklər sifarişlə tikilə də bilər. Bütün modellərdə gəlinliklər hazırlamaq imkanlarımız var. Yəni, müştəri necə arzulasa, elə də tikə bilirik. Gəlinliklərin tikilməsi üçün lazım olan materiallar Türkiyədən gətirilir. Müştərilərə əvvəlcə kataloqlar təqdim edilir. Daha sonra seçdiyi material gətirilir və gəlinlik tikilir. Bizim atelyedə müştərilərin istəyinə uyğun duvaqlar da hazırlanır" — həmsöhbətimiz bildirir.

A. Əliməmmədovanın sözlərinə görə, atelyedə müxtəlif belbağılar da hazırlanır. Ancaq belbağılar icarəyə verilmir. Hər gəlinə özəl tikilir və satılır. Qiymətləri də çox baha deyil: "Gəlinlik, duvaq, kirayə ola bilər, ancaq belbağı gərək gəlinin özünə aid olsun. İnanclara görə, belə olarsa ailə möhkəm və daimi olar".

© Sputnik / Irade JELILGəlinliklərin kirayəsi 200-1500 manata, sifarişlər isə 400-3000 manata başa gəlir
Gəlinliklərin kirayəsi 200-1500 manata, sifarişlər isə 400-3000 manata başa gəlir - Sputnik Azərbaycan
Gəlinliklərin kirayəsi 200-1500 manata, sifarişlər isə 400-3000 manata başa gəlir

Atelyedə xına paltarları da icarəyə verilir. Hətta onlara qəribə adlar da qoyulub. Məsələn, Burada "Hürrəm Sultan" xına geyimi… Xına geyiminin üzərində əlcəklər, taclar və digər aksesuarlar da verilir. Xına geyimlərinin icarəsi 50 manatdır. Ancaq müştəri gəlinliyi də mağazadan götürsə, ona xına paltarı 30 manata başa gələ bilər.

Gəlinliklər istifadədən sonra kimyəvi təmizləməyə verilir: "Gəlinliklər üçün xüsusi təmizləyici maddələri var. Hər dəfə istifadədən sonra geyimləri kimyəvi təmizləməyə veririk. Bəzən güclü ləkələr olanda kimyəvi təmizləmə baha başa gəlir".

A. Əliməmmədovanın sözlərinə görə, hər bir işin çətinliyi olduğu kimi, bu işin də müxtəlif çətinlikləri var: "Məsələn, bəzən gəlinliklər həddən artıq çirklənmiş, cırılmış şəkildə gətirilir. Təbii ki, buna görə cərimələr var. Yaxud gəlinlik qoyulan vaxtdan gec gətirilir. Biz çalışırıq ki, müştərilərimizi incitməyək. Amma bəzən anlaşılmazlıqlar olur".

Onu da bildirək ki, gəlinliklər bir neçə gün öncədən seçilir, beh qoyulur. Toy günü seçilən gəlinlik götürülür, əvəzində götürən şəxsin şəxsiyyət vəsiqəsi və gəlinliyin icarə haqqı verilir. Şəxsiyyət vəsiqəsi gəlinlik qaytarılan zaman geri verilir.

Deyirlər, "may ayında toy etmək olmaz, düşər düşməzi var". Müsahibim isə deyir ki, may ayında da toy edənlər az deyil: "Əsas xoşbəxtlikdir. Xoşbəxtliyin isə günü, ayı, saatı olmaz… "

Xəbər lenti
0