Ukraynadan kommunizmə son zərbə

© AP PhotoВладимир Ильич Ленин в 1918 году
Владимир Ильич Ленин в 1918 году - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun müddət sonra bir heykəlin hələ də qaldığını öyrənən ökə rəsmiləri, onun sökülməsi ilə bağlı tapşırıq veriblər

BAKI, 15 may — Sputnik. SSRİ-nin qurucusu Vladimir Leninin Ukraynadakı son heykəli də uçurulub. Sputnik Azərbaycan "Akşam"-a istinadən xəbər verir ki, söküntüyə səbəb ölkədə kommunizmin təbliğinin rəsmi formada qadağan olmasıdır.

Belə bir qərar Ukraynada iki il əvvəl qəbul edilib. İki il müddətində Leninə aid bütün heykəllər dağıdılsa da, sözügedən heykəli sökmək aidiyyəti qurumların diqqətindən yayınıb. Uzun müddət sonra 1 heykəlin hələ də qaldığını öyrənən ölkə rəsmiləri, onun sökülməsi ilə bağlı tapşırıq veriblər.

Xatırladaq ki, son 3 ildə Ukraynada Leninin 3 min heykəli sökülüb.

Xəbər lenti
0