ELM

Dünya nəhəngi uçan avtomobillərin istehsalına hazırlaşır

© AP Photo / Eugene HoshikoАвтомобиль Toyota в автосалоне, фото из архива
Автомобиль Toyota в автосалоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yapon avtomobil nəhəngi Toyota 2019-cu ildə uçan avtomobil Skydrive-ı reallaşdırmağa çalışır

BAKI, 15 may — Sputnik. Yapon avtomobil nəhəngi Toyota 2019-cu ildə uçan avtomobil Skydrive-ın yaradılmasına 350 min dollara yaxın vəsait xərcləyəcək.

Sputnik Azərbaycan xarici mediaya istinadla bildirir ki, bu barədə The Nikkei Asian Review portalı məlumat yayıb.

Korporasiyanın bir neçə əməkdaşının bu şəxsi layihəsi 2012-ci ildən bu yana internet vasitəsilə toplanan vəsaitlər hesabına maliyyələşdirilib. Hazırda onun uğurla həyata keçirilməsinə şans yaranıb.

Mühəndislərin təqdim etdiyi konsepsiyaya əsasən bir yerlik 3 təkəri aparatın uzunluğu 3 metr, eni 1,3 metr olacaq. Skydrive-ı havaya kvadrokopter kimi üfüqi vəziyyətdə yerləşdirilmiş dörd vintli mühərrik qaldıracaq. Aparat yolda hərəkət etməyə başlayacaq və 10 metrə qədər hündürlüyə qalxa biləcək. Onun maksimal sürəti saatda 100 kilometrə çatacaq.

Skydrive-ın mühəndislərinin hal-hazırda əsas ciddi problemi aparatı dörd mühərrikin köməyi ilə havada sabit vəziyyətdə saxlamaqdır.

Videotəqdimatda Skydrive Tokio–2020-nin əsas Olimpiya arenasındakı açılış mərasimində stadionda gedir və qəfildən havaya qalxır və bundan sonra onu idarə edən şəxs Olimpiya məşəlini yandırır.

Aprel ayında xəbər verilmişdi ki, Google-nin həmtəsisçisi Sergey Brin NASA-nın Kaliforniyadakı araşdırma mərkəzinin anqarlarından birində özünün dirijablını qurur. Bu günlərdə isə Brinin Google-dakı tərəfdaşı Larri Peyc YouTube-da özünün "uçan avtomobil"inin prototipini təqdim etmişdi.

Xəbər lenti
0