Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pitsa daşınan maşından cəsədlər çıxdı

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Siyəzən rayonu ərazisində baş verən qəzada 2 nəfər ölüb, iki nəfər ağır yaralanıb

BAKI, 15 may — Sputnik. Bu gün səhər saatlarında Bakı-Quba avtomobil yolunda avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu ərazisində baş verən qəzada 2 nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Yaralılar Siyəzən Rayon Xəstəxanasına çatdırılıb. Dünyasını dəyişənlərin hər ikisi qadındır və hələ adları açıqlanmayıb. Yaralılar — 1991-cü il təvəllüdlü Şükürov Kənan Şükür oğlu qapalı kəllə beyin travması ilə, 1992-ci il təvəllüdlü Ağayeva Afət Mirzəağa qızı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, hadisəyə yüksək surət səbəb olub. Hadisənin törədildiyi "Changan" markalı avtomobil restoranlardan birinə aid olub və pitsa daşımaq üçün nəzərdə tutulub.

Xəbər lenti
0