CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid anası Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırıldı

Abunə olmaq
Bərdə rayon məhkəməsi şəhid ailəsinə ayrılan təqaüdün şəhid anası Əsli Muradova tərəfindən alınmadığı, dövlət vəsaitinin mənimsənilməsi kimi cinayət əməlinin törədildiyi, işin araşdırılmaq üçün Respublika Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə həvalə olunması barədə qətnamə çıxarıb.

BAKI, 15 may — Sputnik. Bərdə rayon məhkəməsi şəhid ailəsinə ayrılan təqaüdün şəhid anası Əsli Muradova tərəfindən alınmadığı, dövlət vəsaitinin mənimsənilməsi kimi cinayət əməlinin törədildiyi, işin araşdırılmaq üçün Respublika Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə həvalə olunması barədə qətnamə çıxarıb.

Sputnik Azərbaycan dəfələrlə dövlət qurumlarının Bərdə rayonunun Mustafaağalı kənd sakini, şəhid anası Əsli Muradovanın başına gətirdikləri barədə yazıb. Məlumatı olmayanlara bir daha xatırladaq ki, Əsli Muradovanın oğlu 1976-cı il təvəllüdlü Mübariz Muradov 05.07.1995-ci ildə Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb. 27 dekabr 1995-ci ildə Murovdağda həlak olub. 172 saylı hərbi hissədən Muradovun ölümü ilə bağlı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində xidməti borcunu yerinə yetirərkən həlak olub" yazılan arayış verilib. 

Əsli Muradova və Mübariz Muradov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət qurumları şəhid anasını niyə süründürməçiliyə salıb?

Bunun əsasında Mübariz Muradova şəhid, anası Əsli Muradovaya isə şəhid ailəsi statusu verilib. 2007-ci ildə Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) tərəfindən Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün təsis etdiyi 100 manat prezident təqaüdü Əsli Muradovaya da təyin edilib. 2008-ci ildə Bərdə rayon ƏSMM anadan oğlunun şəhid olduğunu təsdiq edən arayış təqdim etməsini tələb edib. Bərdə rayon Hərbi Komissarlığına müraciət edən anaya oğlunun hansı şəraitdə öldüyünə dair arayış verilməyib. Sadəcə bildirilib ki, onun oğlunun adı "Qaytarılmaz itkilərin adlı siyahısı"nda yoxdur.

Bundan sonra təqaüdün dayandırıldığını düşünən ana heç yerə müraciət etməyib. 2014-cü ildə anaya məlum olub ki, həmin ilin noyabr ayına qədər onun almalı olduğu təqaüdü başqaları alıb. Bərdə rayon ƏSMM-nin sədri Raquf Məmtiyev isə almadığı pulları dövlət büdcəsinə geri qaytarması üçün (səbəb kimi, Muradovun hansı şəraitdə öldüyünə dair hərbi komissarlıqdan arayışın gətirilməməsi göstərilib) Ə.Muradova ilə bağlı məhkəməyə müraciət edib.

11 noyabr 2016-cı il tarixində Bərdə rayon Məhkəməsi sübutlar əsasında pulların Əsli Muradova tərəfindən alınmadığı, dövlət vəsaitinin mənimsənilməsi kimi cinayət əməlinin törədildiyi, işin araşdırılmaq üçün Respublika Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə həvalə olunması barədə qətnamə çıxarıb.

10 may 2017-cı ildə isə İdarənin təhqiqat prokuroru Kərəm Mansurov zəng edərək Əsli Muradovanın izahatını almaq üçün Baş Prokurorluğa dəvət edib. Bu gün Əsli Muradova prokurorluğa gedərək onun adına yazılan vəsaitləri almadığı barədə izahat verib.

Xəbər lenti
0