SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Donald Tramp İlham Əliyevlə görüşmək istəyir

Ər-Riyad şəhəri, Səudiyyə Ərəbistanı
Ər-Riyad şəhəri, Səudiyyə Ərəbistanı - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və Azərbaycan liderləri arasında görüş mayın 21-də Səudiyyə Ərəbistanında baş tuta bilər

BAKI, 15 may — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanında ABŞ lideri Donald Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olunub.

Sputnik Azərbaycan-ın "Al-Arabiya"ya istinadən verdiyi məlumata görə, sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.

Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub. 

Sammit Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçiriləcək.

Səudiyyə Ərəbistanı kralı Salman bu sammiti "tarixi" olaraq dəyərləndirib.

Toplantının təşəbbüskarının ABŞ tərəfi olduğu vurğulanır.

Xəbər lenti
0