CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX-dan MTN-lə əməkdaşlıq etmiş şəxslərlə bağlı mühüm açıqlama

© Photo : State Security Service of the Republic of AzerbaijanDövlət Təhlükəsizliyi Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti - Sputnik Azərbaycan
Abunə olmaq
"Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir"

BAKI, 15 may — Sputnik. "Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb. Fakt üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır".

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. DTX bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.

Xəbər lenti
0