Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 may — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Bakı-Quba yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisəsinin təfərrüatları məlum olub. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində Şkoda markalı maşının aşması nəticəsində 2 nəfər — 27 yaşlı Aytən Müseyibova və Natəvan Hüseynova dünyasını dəyişib.
Onu da qeyd edək ki, dünyasını dəyişənlər ana-bala olublar. Qəzaya düşmüş Binəqədi sakini, 26 yaşlı Sənan Şükürov koma vəziyyətindədir. O, ağır kəllə-beyin travması alıb. 25 yaşlı Abşeron sakini Afət Ağayeva isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onun bədənində çoxsaylı sınıqlar var.
Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ölənlərin meyitləri isə tibbi ekspertiza üçün Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Maşında olanlar Xaçmaza istirahət üçün gedirlərmiş.
Hadisə ilə bağlı BŞDYPİ-nin İstintaq və Təhqiqat şöbəsi araşdırma aparır.