Ərdoğan Trampı NATO-dan çıxmaqla hədələdi

© Photo : AA/Murat ChetinmuhurdarTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər ABŞ, müttəfiqi Türkiyəni heçə sayıb, düşmənlərimizə silah göndərməyə davam etsə, biz də öz yolumuzu seçməli olacağıq"

BAKI, 15 may — Sputnik. "Biz Amerika ilə NATO-da müttəfiq dövlətlərik. Türkiyə olaraq PYD-ni terror təşkilatı olaraq görürük. Əgər ABŞ, müttəfiqi Türkiyəni heçə sayıb, düşmənlərimizə silah göndərməyə davam etsə, ittifaqa kölgə salsa, o zaman biz də öz yolumuzu seçməli və başımızın çarəsinə baxmalıyıq".

Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çinin paytaxtı Pekində keçirilən qlobal sammitdə jurnalistlərə açıqlamasında deyib. "Ölkəmiz İŞİD terrorçuları ilə effektiv mübarizə üçün yenə kürd silahlılardan olan "Peşmərgə" və "Ninova" döyüşçülərinə hərbi təlimlər keçir. PYD isə özünü kürd xalqının təmsilçisi kimi göstərən marksist və terrorçu təşkilatdır. ABŞ-ın PYD ilə əməkdaşlıq etməsi, ilk növbədə öz nüfuzuna xələl gətirir" — Ərdoğan deyib.

Türkiyə prezidenti, həmçinin Suriya böhranının çox uzandığını və artıq səbir qalmadığını söyləyib.

Xəbər lenti
0