Təhlükəsizlik qüvvələri 70-dən çox silahlını zərərsizləşdirib

© AFP 2023 / EMMANUEL DUNANDЧлены движения Талибан, Афганистан, фото из архива
Члены движения Талибан, Афганистан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zərərsizləşdirilənlər arasında "Taliban"ın səhra komandirlərindən olan Mulla Anamulla da var

BAKI, 14 may — Sputnik. Əfqanıstanın 9 vilayətində sutka ərzində keçirilmiş hərbi əməliyyatların gedişində 73 silahlı zərərsizləşdirilib.

Bu barədə Report xəbər verir.

Xəbərdə bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatı Gülmənd, Qəndahar, Qunduz, Badahşan, Uruzxan, Badris, Bağlan, Balh və Samanqan vilayətlərində keçirilib.

Bundan əlavə, DİN-in məlumatına görə, Balh vilayətində zərərsizləşdirilmiş islamçıların arasında "Taliban" radikal hərəkatının səhra komandirlərindən olan Mulla Anamulla da var.

Xəbər lenti
0