Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazirlik havalarla bağlı xəbərdarlıq etdi

Abunə olmaq
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

BAKI, 14 may — Sputnik. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 14-dən 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sputnik Azərbaycan xəbər verir ki, xəbərdarlığa əsasən, mayın 15-i axşamdan 16-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Mayın 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər lenti
0