Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çin Azərbaycana bu məqsədlə yardım edəcək

© AFP 2024 / WANG ZHAOВид на деловой район Пекина
Вид на деловой район Пекина - Sputnik Azərbaycan
Abunə olmaq
Si Tsinpin qeyd edib ki Çin yaxın üç il ərzində “Yeni İpək Yolu” marşrutu boyunca inkişaf etməkdə olan ölkələrə 8,7 mlrd. dollar yardım ayıracaq

BAKI, 14 may — Sputnik. Mayın 14-də Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum işə başlayıb.

Tədbirdə 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Forumun açılış mərasimində çıxış edən ÇXR Sədri Si Tsinpin "Bir kəmər — bir yol" strategiyasının ölkəsi və təşəbbüsün iştirakçı ölkələr üçün əhəmiyyətindən danışıb. Bildirib ki, strategiyaya qoşulan ölkələr bu təşəbbüsdən faydalanacaq.

Tsinpin qeyd edib ki Çin yaxın üç il ərzində “Yeni İpək Yolu” marşrutu boyunca inkişaf etməkdə olan ölkələrə 60 mlrd. yuan (8,7 mlrd. dollar) yardım ayıracaq. 

Forumda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı ilə geniş nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, habelə bir neçə dövlət qurumunun məsul şəxsləri daxildir.

Xəbər lenti
0