Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Çin arasında vacib anlaşma

© AFP 2024 / GENT SHKULLAKUСтроительство трубопровода, фото из архива
Строительство трубопровода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

BAKI, 14 may — Sputnik. Bu gün Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər — bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb.

"Report" xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb.

Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Azərbaycan forumda iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı ilə geniş nümayəndə heyəti təmsil olunur. Nümayəndə heyətinin tərkibinə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, habelə bir neçə dövlət qurumunun məsul şəxsləri daxildir.

Xəbər lenti
0