Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəzada ölən şirkət işçisinin iki övladı qaldı

© Sputnik / Ilham MustafayevGoranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində ağır yol qəzası baş verib
Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində ağır yol qəzası baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Baş verən qəzada ölənlərdən üç nəfər “Veysəloğlu” Şirkətər Qrupunun əməkdaşı olub

BAKI, 13 may — Sputnik. Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat vermişdik. 

Sputnik Azərbaycan-ın  verdiyi məlumata görə, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik maşını Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı VAZ 21015 markalı avtomobillə toqquşub.

Qəza yüksək surət səbəbi ilə baş verib.  Faktla bağlı Yevlax Rayon polis Şöbəsində araşdırma aparılır. 

Baş verən qəzada ölənlərdən üç nəfər “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşı olub.  

“Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlham Məmmədzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qəza zamanı dünyasını dəyişənlərdən 3 nəfəri "Veysəloğlu" şirkətinin Mingəçevir regional ofisinin əməkdaşlarıdır: “Dünyasını dəyişən əməkdaşlarımız, satış təmsilçisi, 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu subay idi, satış təmsilçisi (təcrübəçi), 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, ailəli idi, 2 övladı qaldı, merçendayzer, 1992-ci il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu da subay idi. Şirkətlər Qrupumuzun rəhbərliyi və çoxsaylı kollektivi adından avtomobil qəzasında dünyasını dəyişənlərin yaxınlarının dərdinə şərik olur, dərin hüznlə baş sağlığı verir, xəsarət alan həmvətənlimizə isə Allahdan şəfa diləyirik”.

Xəbər lenti
0