BAKI, 13 may — Sputnik. Bazar günü Fransa prezidenti seçilən Emmanuel Makronun partiyası (En Marche) iyun ayında keçiriləcək ümumi seçkilərdən əvvəl 428 nəfər millət vəkilliyinə namizədin adını açıqlayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, millət vəkilliyinə namizədlərin yarısı qadındır, yarısından çoxu isə millət vəkili olmaq üçün ilk dəfə müraciət edib. İyunun 11 və 18-də iki turda keçiriləcək seçkidən əvvəl 19 mindən çox insan partiyaya üzv olmaq üçün müraciət edib. Açıqlanan namizədlərin ən gənci 24, ən yaşlısı isə 72 yaşındadır. 39 yaşlı Makronun partiyasından bildirilib ki, digər namizədlərin adları yaxın günlərdə açıqlanacaq.