BAKI, 13 may — Sputnik. İndoneziyanın Sumatra adasındakı həbsxanadan qaçan 448 məhkumdan 317-si ələ keçib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, qaçan məhkumlar bəzilərinin könüllü olaraq geri qayıtdığı, bəzilərinin isə polis tərəfindən tutulduğu bildirilir.
Mayın 5-də Saialanq Bunqkok həbsxanasında cümə namazı üçün qapılar açıldığı zaman məhkumlarla həbsxana işçilər arasında baş verən qarşıdurma zamanı 448 məhkum qaçmışdı. Səlahiyyətli şəxslərin açıqlamasına görə, həbsxananın 561 nəfərlik olmasına baxmayaraq, orada 800 məhkum saxlanılır. Məhkumlar insani ehtiyaclarını ödəyə bilmədiyi və həbsxana işçilərinin kobud davranışlarına görə həbsxanadan qaçdıqlarını bildiriblər. Hazırda 131 məhkumun tutulması üçün axtarışlar davam etdirilir.