BAKI, 13 may — Sputnik. Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.
İki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.
Bu il müsabiqədə rekord sayda — 42 ölkə iştirak edib.
Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.
Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.