BAKI, 13 may — Sputnik. Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu başlayıb.
Final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirəcək.
Finala birbaşa vəsiqə qazanan ölkələr — müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.