Azərbaycan Turizm Assosiasiyasının (AzTA) ölkəyə gələn turistlər Komitəsinin üzvü, Victory Tour turizm şirkətinin direktoru Vüsal Hacıyev Sputnik Azərbaycan-a deyir ki, turizm ölkəmizdə yüksək səviyyədə inkişaf edir: “Ölkəmizə turistlər daha çox ərəb ölkələri, İran və Rusiyadan gəlir. Turizm bazarında Azərbaycanın cəlbedici məqamları var. Ərəb ölkələrindən gələn turistlər regionları xoşlayır. Rusiyadan gələnlər isə Azərbaycanın tarixi yerlərinə ekskursiya edirlər”.
“Turistlər hansısa ölkəyə getməmişdən qabaq o yeri hansısa yolla tanımalıdırlar. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər Azərbaycanı dünya ictimaiyyətinə yaxşı tanıdır. Bu tədbirlər olmasaydı turistlərin ölkəmizə bu çoxluqda gəlməsi daha gec baş verərdi. Devalivasiya da turizmə təsir göstərdi. Getmə turizmi aşağı düşdü, əksinə gələn turistlərin sayı artdı” – deyə o bildirib.