Qatarlarda gediş-gəliş pulsuz olacaq

Abunə olmaq
Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində ödənişsiz daşınması təmin ediləcək

BAKI, 12 may — Sputnik. "Koroğlu" — Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS" markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu proses 12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra baş tutacaq.

Xəbər lenti
0