Tofiq Abbasov: “İki dövlət arasında geosiyasi problemlərlə bağlı yaxınlaşma olmayacaq”
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycana deyir ki, Amerika və Rusiyanın münasibətlərində elə bir ciddi dönüş yoxdur: “Bu görüşlər də əvvəlki görüşlərin yeni iştirakçı ilə davamıdır. Rusiya ilə münasibətlərdə sərt mövqedə dayanmağın tərəfdarı olanların fikri budur ki, Rusiyanı yaxına buraxmaq olmaz”.
“Amerika və Rusiya arasında cüzi məsələlərlə bağlı ola bilsin ki, razılaşmalar olsun. Ancaq geosiyasi problemlərlə bağlı yaxınlaşma olmayacaq. Hər iki dövlət kompromislər axtarışından yan keçirlər” – deyə o bildirib.