BAKI, 12 may — Sputnik. Bu gün günorta saatlarında Pakistanda baş verən terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb. Sputnik Azərbaycan bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, Bəlucistan əyalətində baş verən hadisə zamanı 25 nəfər həlak olub, daha 35 nəfər yaralanıb. Xəsarət alanlar arasında Pakistan Senatının sədr müavini Mövlana Əbdül Qafur Hayderi də var. Terrorçular hücum zamanı məhz onun kortejini hədəf alıb.