BAKI, 12 may — Sputnik. Rusiyada kimliyi naməlum şəxslər polis məntəqəsinə hücum edib. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, hücum edən şəxslərin hər ikisi öldürülüb. Məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi də təsdiqləyib.
"Bu gün gecə saatlarında naməlum şəxslər İnquşetiya Respublikasının Malqobes nəzarət-buraxılış postunu atəşə tutub. Atışma nəticəsində basqın edən iki nəfər öldürülüb, bir polis baş çavuşu isə yaralanıb. Hazırda ərazidə araşdırma aparılır, hücumu törədənlərin kimliyi müəyyənləşdirilir" – nazirlikdən bildirilib.