BAKI, 11 may — Sputnik. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar. Əməliyyat saat 05:24-də başa çatıb.
Xətai rayonunda riskli əməliyyat
13:17 11.05.2017 (Yenilənib: 21:00 16.11.2021)
Abunə olmaq
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar