Gizli çəkiliş qrupu qadın alverçiləri haqda şok faktlar üzə çıxardı

© Photo : PUBLIC DOMAINПроститутка, фото из архива
Проститутка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar nə desələr, əməl etməyə məcbur qalırlar. Şantaj olunurlar. Və sonda pul qarşılığında digər kişilərə satılır, fahişəyə çevrilirlər.

BAKI, 11 may — Sputnik. Britaniyanın dünyaca məşhur BBC telekanalı Avropa qitəsinə səs salacaq, olduqca maraqlı bir reportaj hazırlayıb. "Satılan insanlar" başlıqlı araşdırmada, Şərqi Avropa ölkələrindən aldadılaraq qitənin qərbinə gətirilən və zorla fahişəliyə cəlb olunan qadınlardan bəhs edilir.

Sputnik Azərbaycan xəbər verir ki, prosesin nə cür və hansı formada həyata keçirilməsinin bütün detalları araşdırmada yer alıb. Aldadılan qadınların daha çox Birləşmiş Krallığa gətirildiyi və ölkədə oturum icazəsi almaq istəyən Asiya mənşəli kişilərlə evləndikləri qeyd olunub.

"Yalan vədlərlə aldadılaraq İngiltərə və Şotlandiyaya gətirilən rumıniyalı, slovakiyalı yoxsul qadınlar, ölkədə oturum icazəsi almaq istəyən çinli, pakistanlı mühacirlərin xoş vədlərinə aldanaraq onlarla evlənirlər" — Avropa Polis Təşkilatının (Europol) insan qaçaqçılığı üzrə mübarizə şöbəsinin rəhbəri Anjelika Molnar BBC-yə açıqlamasında deyib.

© Photo : bbc.comHaqqında danışdığımız qadınlar Şərqi Avropanın nisbətən yoxsul ölkələri olan Rumıniya və Slovakiyadandır
Haqqında danışdığımız qadınlar Şərqi Avropanın nisbətən yoxsul ölkələri olan Rumıniya və Slovakiyadandır - Sputnik Azərbaycan
Haqqında danışdığımız qadınlar Şərqi Avropanın nisbətən yoxsul ölkələri olan Rumıniya və Slovakiyadandır

"Haqqında danışdığımız qadınlar Şərqi Avropanın nisbətən yoxsul ölkələri olan Rumıniya və Slovakiyadandır. Lakin söhbət təkcə bu ölkələrdən getmir, Şərqi Avropanın digər bölgələrindən də yoxsul qadınlar aldadılaraq, qərbə gətirilir. Daha sonra həmin qadınlar inanaraq etibar etdikləri pakistanlı, çinli, hindli kişilərlə evlənirlər. Faciə də məhz bundan sonra başlayır. Bir müddət keçəndən sonra həmin qadınlar anlamağa başlayırlar ki, onlarla evlənən kişilərin əsas məqsədi yaşadıqları ölkədə ömürlük oturum icazəsi almaqdır" — Anjelika Molnar əlavə edib.

Şöbə rəhbərinin sözlərinə görə, sonraki proses daha acınacaqlıdır: "Çölə atılmaqdan qorxan qadınlar həmin Asiya mənşəli kişilərin quluna çevrilirlər. Onlar nə desələr, əməl etməyə məcbur qalırlar. Şantaj olunurlar. Və sonda pul qarşılığında digər kişilərə satılır, fahişəyə çevrilirlər".

© Photo : bbc.comYves Ogou Sema Slovakiyada "tranzit evi"-lərdən birini göstərdi
Yves Ogou Sema Slovakiyada tranzit evi-lərdən birini göstərdi - Sputnik Azərbaycan
Yves Ogou Sema Slovakiyada "tranzit evi"-lərdən birini göstərdi

BBC telekanalının gizli çəkiliş qrupu mövzunu daha dərindən araşdırmaq üçün qadınların gətirildiyi yerə — Şərqi Avropaya gedib. Jurnalist Sem Polinq, insan qaçaqçılarının gizli iş üsullarını, zəncirvari prosesi yerində öyrənib. Araşdırma nəticəsində məlum olub ki, qadınlar Qərbi Avropaya aparılmadan öncə "tranzit evlərə" yerləşdirilir.

BBC-nin çəkiliş qrupu Slovakiyanın şərqində yerləşən bu cür evlərdən birini tapa bilib. Qadınlar, Şotlandiyaya aparılmadan əvvəl bir neçə gün bu evlərdə qalırlar. Saxta evliliyə məcbur edilən qurbanların xilas ola bilməsi üçün Slovakiya və Şotlandiyadakı rəsmilərlə yaxından çalışdığını deyən və özünü ictimai xadim olaraq tanıdan İves Oqiu, jurnalist Sem Polinqə həmin evlərdən birini göstərib.

Ətrafı hündür divarlarla hörülən "tranzit ev"lərin bütün qapı-pəncərələrinə kameraların quraşdırılması xüsusilə diqqət çəkib. Slovakiyalı xeyriyyəçi İves Oqiu buradakı bəzi qadınların nəinki pasportları, hətta şəxsiyyət vəsiqələrinin belə, olmadığını deyir.

"Lakin maraqlıdır ki, cəmi 24 saat içində alverçilər həmin qadınlara şəxsiyyət vəsiqəsi və pasport düzəldə bilirlər. Deməli, qadın qaçaqçılığı işinə dövlətdən də gizli yardımlar edilir. O zaman, bu şəbəkəni tam olaraq üzə çıxarmaq olduqca qəlizdir" — İ.Oqiu bildirib.

Adı açıqlanmayan slovakiyalı gizli agent isə deyib ki, qadınlar "tranzit ev"də qalarkən cinayətkar şəbəkə, onlara daha gözəl görünmələri üçün xüsusi geyimlər verir: "Baxmayaraq ki, qaldıqları yer bərbaddır, hətta su da yoxdur, ancaq yaxşı qiymətə satıla bilmələri üçün qadınların gözəl görünmələri vacibdir. Qaçaqçılar bunu nəzərə alaraq, onlara pul xərcləməkdən çəkinmirlər".

© Photo : bbc.comCədvəl Slovakiyalı qadınların Pakistanlı kişilərlə evlilik sayını göstərir
Cədvəl Slovakiyalı qadınların Pakistanlı kişilərlə evlilik sayını göstərir - Sputnik Azərbaycan
Cədvəl Slovakiyalı qadınların Pakistanlı kişilərlə evlilik sayını göstərir

Jurnalist Sem Polinqin araşdırmasının yekununda bəlli olub ki, aldadılan qadınlar daha çox Şotlandiyaya aparılır. Şotlandiya hökumətinin rəsmi statistikasına görə, təkcə 2016-cı ildə 150 qadın insan alverinin qurbanına çevrilib. Həmin qadınlar hazırda fahişəliyin və narkomaniyanın əsiridirlər.

İngilis jurnalist hazırladığı reportajın sonunda şəxsi mövqeyini də yazıb. "Nədənsə bu iyrənc şəbəkənin işinə dövlətlər ciddi müdaxilə etmir. Cinayətkarlar cəzalandırılmır. Həmin qadınlara saxta pasportlar necə hazırlanır? Onlara bu sənədləri hansı dövlət qurumları verir? Bu suallara cavab tapmadıqca, "insan alveri ilə mübarizə" sadəcə saxta bir deyim olaraq qalmağa davam edəcək" — Sem Polinq bildirib.

Xəbər lenti
0