ELM

Müəllimə dərs zamanı dünyasını dəyişib

© AFP 2024 / SANJAY KANOJIAЖенский труп в морге. Архивное фото
Женский труп в морге. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Riyaziyyat müəlliminin dərs zamanı qan təzyiqi yüksəldi və o, dünyasını dəyişdi.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu gün müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahanda faciənin baş verdiyi bildirilir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisənin Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı baş verdiyi bildirilib.

Belə ki, bu gün Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə 12 mindən artıq müəllim iştirak edib.

Qiymətləndirmənin gedişi zamanı Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Qazıyevanın (Babayeva) halı qəflətən pisləşib. Onu dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Qazıyeva təqribən bir saatdan sonra dünyasını dəyişib.

Xəstəxanadan müəllimənin təzyiqinin bərk həyəcan keçirməsi səbəbindən yüksəldiyi və nəticədə öldüyü bildirilib.

Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a verdiyi açıqlamada müəllimin imtahan zamanı ölməsi xəbərini təkzib edib. O, bildirib ki, Turaclı kənd orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib. 

Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0