BAKI, 11 may — Sputnik. Latın Amerikası ölkəsi olan Venesuelada etirazlar səngimək bilmir. Paytaxt Karakasda keçirilən aksiyalar zamanı 1 nəfər ölüb, onlarla insan yaralanıb.
Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, xəsarət alanların sayı 100-ü keçib. Venesuela insan haqları dərnəyi, polisin insanlara qarşı odlu silahdan istifadə elədiyini bildirib. Hökumət isə iddiaları rədd edib.
Qeyd edək ki, kütləvi aksiyalar aprel ayının 4-də, Ali Məhkəmənin müxalifyönlü Milli Assambleyanın hüquqlarını məhdudlaşdırmasından sonra başlayıb. Təkcə son bir ay ərzində ölənlərin sayı 46 nəfərə çatıb.