Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir bölgəmizdə zəlzələ hiss olunub

Abunə olmaq
Yeraltı təkanlar cəbhə xəttinə yaxın yerləşən ərzilərdə də qeydə alınıb

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu gün səhər saatlarında Azərbaycanda baş verən zəlzələ Bərdə və ətraf rayonlarda da hiss olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yeraltı təkanlar saat 08.00 radələrində meydana gəlib. Rayon rəsmilərindən əldə etdiyimiz məlumata görə, zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.

Yeraltı təkanlar cəbhə xəttinə yaxın yerləşən ərazilərdə də qeydə alınıb. Ağdam Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildiriblər ki, zəlzələ, əsasən rayonun "Ergi düzü" adlanan ərazisində qeydə alınıb. Dağıntı olmayıb. Bölgənin qaz, su, elektrik enerjisi ilə təminatında da problem yoxdur.

Xəbər lenti
0