Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Bakı-2017”i turistlərin böyük marağına səbəb olub

© SputnikВ студии радио Sputnik
В студии радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyir ki, artıq ölkədəki otellərin 80-90 faizində yerlər tutulub

Nahid Bağırov: “Maydan başlayaraq oktyabrın axırına qədər ölkədə böyük sayda ərəb turistin gəlişi müşahidə olunacaq”
Ciddi hazırlıqlardan sonra artıq Bakıda IV İslam Həmrəylik Oyunları başlayır. Oyunlarla əlaqədar ölkəmizə dünyanın müxtəlif yerlərindən turistlərin axını müşahidə olunur.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Sputnik Azərbaycana deyir ki, İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi bizim üçün böyük üstünlükdür: “Bu oyunlar Azərbaycana olan marağı artırır, həmçinin turistlərin də diqqətini cəlb edir. Amma demək olmaz ki, ölkəmizə turistlərin kütləvi axını bu oyunlara görədir. Bu gün ümumiyyətlə, Azərbaycanın turizm sahəsi turistlər üçün cəlbedicidir”.

“Düşünürük ki, maydan başlayaraq oktyabrın axırına qədər ölkədə böyük sayda ərəb turistin gəlişi müşahidə olunacaq. Eyni qayda ilə Avropa, Rusiya və dünyanın digər yerlərindən də turistlərin gələcəyi gözlənilir. Artıq ölkədəki otellərin 80-90 faizində yerlər tutulub. Nəinki Bakı, həmçinin regionlarda da turist axının bolluğu müşahidə olunur” – deyə o bildirib.

Xəbər lenti
0