Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səfir qəza nəticəsində vəfat etdi

Abunə olmaq
Oliver Potejitsanın avtomobili naməlum səbəblərdən yoldan kənara çıxaraq qəzaya uğrayıb

BAKI, 10 may — Sputnik. Serbiyanın Liviyadakı səfiri Oliver Potejitsa Tunisdə baş verən avtomobil qəzasında aldığı ciddi zədələr nəticəsində vəfat edib.

Rusiya mətbuatının məlumatına əsasən, bu barədə Serbiya Xarici İşlər Nazirliyindən bildirilib.

Səfir diplomatik missiyanın lazımi qaydada fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə Tunisdə işgüzar səfərdə olub.

Qəza bir neçə gün əvvəl baş verib. İçərisində yalnız səfirin olduğu avtomobil naməlum səbəblərdən yoldan kənara çıxaraq qəzaya uğrayıb.

Qeyd edək ki, daha əvvəl Oliver Potejitsaya hücum həyata keçirilib. Belə ki, 2015-ci ilin noyabr ayında Liviyada naməlum şəxslər yol qəzası təqlidi edərək üç avtomobildən ibarət maşın karvanına hücum edib. Onlar Serbiya səfirliyinin iki əməkdaşını qaçırıb. Keçən ilin fevral ayında isə qaçırılanlar əsirlikdə ikən ABŞ Hərbi Hava Qüvvələrinin Liviyanın Sabrata şəhərinə aviazərbələr endirməsi nəticəsində ölüblər.

Xəbər lenti
0