Cənubi Koreyadan ABŞ-a üstüörtülü mesaj

© REUTERS / Jung Yeon-JeCənubi Koreyanın yeni prezidenti Mun Jae İn
Cənubi Koreyanın yeni prezidenti Mun Jae İn - Sputnik Azərbaycan
Abunə olmaq
"Problemli mövzuların həlli üçün Vaşinqton, Pekin, Tokio, hətta lazım gələrsə Pxenyanı ziyarət edə bilərəm"

BAKI, 10 may — Sputnik. Cənubi Koreyanın yeni prezidenti Mun Jae İnin paytaxt Seulda andiçmə mərasimi keçirilib. Prezident inauqurasiya zamanı bildirib ki, ABŞ-ın "THAAD" hava hücumundan müdafiə sisteminin Koreya ərazisində yerləşdirməsi prosesinə yenidən baxa  bilər. Sputnik Azərbaycan bu barədə "CNBC"-ə istinadən xəbər verir.

"Problemli mövzuların həlli üçün Vaşinqton, Pekin, Tokio, hətta lazım gələrsə Pxenyanı ziyarət edə bilərəm" — prezident deyib.

Qeyd edək ki, Koreya yarımadasında yerləşdirilməsi planlaşdırılan “THAAD” sistemləri orta radiuslu raketlərin tutulması üçündür. Sistem, Şimali Koreyadan gələ biləcək mümkün təhlükəni uzaqlaşdırmaq məqsədi daşıyır.

 

Xəbər lenti
0