Dollar qeyri-rəsmi səviyyədə bahalaşır

© Sputnik / Anton Denisov / Mediabanka keçidDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Banklarda dolların satış qiyməti daha qalxıb

BAKI, 10 may — Sputnik. Banklarda dolların alış qiymətindən sonra satış qiyməti də qalxıb. Sputnik Azərbaycan Marja-ya istinadən xəbər verir ki, bu gün Saat 16:30-dək dolları ən ucuz – 1.69 manata Dəmir Bank satırdı. Dəmir Bank daxil, Amrah Bank, Günay Bank, NBC Bank və Turanbank Dolların satış qiymətini 1.6950 manata qaldırıb. Dolları ən baha — 1.6850 manata isə GünayBank və AmrahBank alır.

Bu arada, Mərkəzi Bank dolların sabaha olan rəsmi məzənnəsi açıqlayıb. Belə ki, sabah 1 ABŞ dolları 1,7026 manat səviyyəsində müəyyən olunub, yəni bugünkü məzənnə dəyişməyib.

Xəbər lenti
0