BAKI, 10 may — Sputnik. Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, "Bakı Kristal Zal"da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb.
Bu siyahıda azərbaycanlı hakimin də adı var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.
Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaq.