BAKI, 10 may — Sputnik. ABŞ-ın Vaşinqton ştatının Hunford şəhərində təhlükəli vəziyyət yaranıb. Belə ki, şəhərə yaxın ərazidə, nüvə tullantılarının yerləşdiyi tunel çöküb.
Sputnik Azərbaycan CBS-ə istinadən xəbər verir ki, şəhərdə fövqəladə vəziyyət elan edilib. Kompleksdə çalışan yüzlərlə işçiyə, nüvə tullantılarının təsirinə qarşı özlərini qorumaq əmri verilib.