Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın kəndliləri qorxuya saldı

© Photo : berkemeyer/pixabayПламя. Архивное фото
Пламя. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın 300 kv.m sahəni əhatə edib, digər ərazilər mühafizə olunub və yanğın söndürülüb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Xaçmaz rayonunda Nərəcan kəndi ərazisində  yanğın olub. Sputnik Azərbaycan-ın məlumatına görə, yanğın rayonun Nərəcan kəndi ərazisinin kol-kosluq sahəsində günorta saatlarında meydana gəlib. Alovun söndürülməsi üçün Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Onu da qeyd edək ki, meşə yaşayış məntəqəsinə yaxin ərazidə yerləşir. Buna görə də, kənd camaatı qorxu içində olub.

Yanğın 300 kv.m sahəni əhatə edib, digər ərazilər mühafizə olunub və yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0