Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Makronun xarici siyasəti o qədər də təsirli olmayacaq”

© Sputnik / Murad OrujovПресс-конференция участницы проекта "Ты супер!" Хошгедем Мехтиевой
Пресс-конференция участницы проекта Ты супер! Хошгедем Мехтиевой - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni seçilmiş prezident Makronun qələbəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir göstərməyəcək - politoloq İlqar Vəlizadə belə düşünür

İlqar Vəlizadə: “Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bir o qədər də təsirli rola malik deyil”
Fransada ikinci tur prezident seçkilərində Emmanuel Makron qalib gəlib. Seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, o, 66,06% səs toplayıb. Ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycana deyir ki, Makronun qələbəsi Avropa siyasətində mühüm rol oynayır: “Eyni zamanda onu da demək lazımdır ki, Makronun xarici siyasəti o qədər də təsirli olmayacaq. O, gücünü daha çox daxili siyasi proseslərə yönəldəcək”.

“Dağlıq Qarabağ münaqişəsinin həlli hansısa liderin münasibətindən asılı deyil. Çünki burada elə amillər var ki, hansısa liderin qələbəsi münaqişənin tənzimlənmə prosesini dəyişə bilməz. Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bir o qədər də təsirli rola malik deyil. Çox güman ki, yeni seçilmiş prezident Makronun da qələbəsi münaqişənin tənzimlənməsinə təsir göstərməyəcək” – deyə o bildirib.

Xəbər lenti
0