Maarif Babışov 1965-ci ildə Şuşa rayonunun Qaybalı kəndində anadan olub. Qarabağ münaqişəsi başlayana qədər Şuşa avtovağzalında sürücü işləyib.
Şuşanın işğalından sonra Babışovlar ailəsi Bərdəyə pənah gətirib.
"Atam da, anam da yurd həsrətiylə dünyadan köçdü. 3 övladım var, onlar ata yurdunu görməyiblər. Kaş o vaxt heç olmasa uşaqlıq şəkillərimi götürə biləydim evdən. İndi uşaqlara Şuşanı şəkillərdən göstərərdim" — deyir Maarif Babışov.
Döyüşlərdə dəfələrlə yaralansa da Maarif Babışov bu yaşda yenidən Şuşa uğrunda silaha sarılmaqdan qorxmur. Tək qorxusu ata-anası kimi doğma torpağına bir daha ayaq basmadan dünyadan köç etməkdir.