Paytaxt küçələrində ara qarışdı

© REUTERS / Jean-Paul PelissierFransa polisi paytaxt Parisin küçələrində, 7 may 2017-ci il
Fransa polisi paytaxt Parisin küçələrində, 7 may 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Emmanuel Makronun qələbəsini həzm edə bilməyən radikal millətçi kütlə meydanlara axın edib

BAKI, 8 may — Sputnik. Fransada keçirilən prezident seçkilərinin nəticəsi açıqlanar-açıqlanmaz paytaxt Paris küçələri qarışıb. Liberal namizəd 39 yaşlı Emmanuel Makronun qələbəsini həzm edə bilməyən radikal millətçi kütlə meydanlara axın edib. Nümayişçilər polisə daş və şüşə qablar atıblar. Sputnik xəbər verir ki, polis, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Əraziyə xeyli sayda əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Xatırladaq ki, dünən Fransada keçirilən ikinci tur prezident seçkilərində ölkənin keçmiş iqtisadiyyat naziri, 39 yaşlı Emmanuel Makron, rəqibi millətçi Marin Le Pen üzərinə qələbə çalıb.

Xəbər lenti
0