Rauf Zeyni: “Çalışırıq ki, bütün səviyyələrdə ictimai şuralar yaradılsın”
1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları yanında VCS nümayəndələrindən seçkilər qaydasında ictimai şuralar yaradılmalıdır.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Sputnik Azərbaycan-a deyir ki, yeni seçilən İctimai Şuraya 15 qeyri-hökumət təşkilatı üzvdür: “İctimai Şurada bütün qanunlar, qərarlar, sosial vəziyyət müzakirə olunur. Həmçinin insanların fərdi müraciətləri aidiyyatı orqanlara yönəldilir, problemləri öz həllini tapır. Amma bu istiqamətdə fəal olmağımıza baxmayaraq problemlər də çoxdur”.
“Dörd nazirlikdə ictimai şuralar yaradılıb, ancaq digər nazirliklər də bu şuralar hələ də yaradılmayıb, vətəndaş iştirakı təmin olunmayıb. Buna görə də çalışırıq ki, bütün səviyyələrdə ictimai şuralar yaradılsın. Bununla da vətəndaş cəmiyyəti vətəndaşın hüquqlarını müdafiə edə bilsin” – deyə o bildirib.