Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Manatla bağlı problem var”

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, FED-in qəbul etdiyi qərarlar Azərbaycana birbaşa təsir etməsə də, dolayı yollarla təsir edir

Natiq Cəfərli: “Hökümət iqtisadi aktivliyin canlanmasında maraqlıdır”
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası yekunlaşıb. FED uçot dərəcəsini 0,75-1% səviyyəsində saxlamağı qərara alıb. İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, bu gözlənilən qərar idi: “Çox güman ki, belə bir qərarın verilməsi iyunda gözlənilir. Bu qərar gözləntiləri aşan bir qərar olmadı. Hələlik FED Amerikada gedən proseslərdən məmnundur”.

“FED-in qəbul etdiyi qərarlar Azərbaycana birbaşa təsir etməsə də, dolayı yollarla təsir edir. Bu gün Azərbaycanda baş verən proseslər daxildəki problemlərdən daha çox qaynaqlanır. Azərbaycanda manatla bağlı problem var. Onun dövriyyəsi kifayət qədər aşağı düşüb. Bu da iqtisadi aktivliyə mənfi təsir göstərir. Hökumət iqtisadi aktivliyin canlanmasında, bank sisteminin sağlamlaşmasında maraqlıdır” – deyə o bildirib.

Xəbər lenti
0