CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazdakı kütləvi məzarlıq barədə ilginc yenilik

© Photo : REPORTXaçmazda kütləvi məzarlıq
Xaçmazda kütləvi məzarlıq - Sputnik Azərbaycan
Abunə olmaq
İcra Hakimiyyəti: Aşkar edilən sümüklərin ermənilər tərəfindən qətlə yetirilmiş dinc insanlara məxsus olması ehtimalı yüksəkdir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Ötən gün göbələk yığmağa gedən Xaçmaz rayonunun Muxtadır kənd sakinlərinin dəniz kənarında kütləvi məzarlıq aşkar etdikləri barədə xəbər vermişdik.

Xaçmaz rayon İcra Hakimiyyəti Xəzər dənizi sahillərinə yaxın meşə ərazisində 6 ədəd insan kəlləsi və sümüklərinin tapılması barədə aidiyyəti orqanları məlumatlandırıb.

İcra hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aşkar edilən sümüklərin ötən əsrin əvvəllərində ermənilər tərəfindən qətlə yetirilmiş dinc insanlara məxsus olması ehtimalı yüksəkdir. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının sözügedən ərazidə araşdırma aparmasına ehtiyac var. 

Xaçmazda kütləvi məzarlıq aşkarlanıb - Sputnik Azərbaycan
Göbələk yığarkən kütləvi məzarlıq tapdılar

Bu gün məzarlığa baş çəkən Xaçmazın Palıdlı kənd orta məktəbinin tarix müəllimi Abdulrəhim Yaqubov da ehtimal edir ki, bu insan kəllə və sümükləri 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırıma məruz qalan dinc insanlara məxsus ola bilər. Buranın toplu məzarlıq olduğunu deyən Yaqubov ərazidə arxeoloji qazıntıların aparılmasını, arxeoloqların işləməsini vacib sayır.

Hər halda mütəxəssislər əraziyə baxış keçirəndən sonra konkret söz demək mümkün olacaq.

Xatırladaq ki, sözügedən bölgədə aşkarlanmış ən böyük toplu məzarlıq Quba rayonu ərazisindədir. Artıq oranın 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamda öldürülmüş insanların kütləvi məzarlığı olduğu təsdiqini tapıb.

Xəbər lenti
0