BAKI, 8 may — Sputnik. Fransada dünən keçirilən prezident seçkilərinin ikinci turunda 4.2 milyon seçici boş bülletenlərlə səs verib. Bu barədə Sputnik Fransa xəbər verir.
Səsvermə başa çatandan sonra ölkə miqyasında sorğu aparan müstəqil "Ipsos və Sopra Steria" şirkəti bildirib ki, seçicilərin 4.2 milyonu boş bülletendən istifadə edib.
Qeyd edək ki, seçki siyahısına 47.6 milyon vətəndaşın adı salınıb.