Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Baş rejissor Beynəlxalq rejissor laboratoriyasında

© Photo : PUBLIC DOMAINBəhram Osmanov
Bəhram Osmanov - Sputnik Azərbaycan
Abunə olmaq
Laboratoriya günlərində (29 may) Valeriy Fokinin sədrliyi ilə Teatr Rejissorları Gildiyasının II Assambleyası keçiriləcək

BAKI, 8 may — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq laboratoriya Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə cari ilin may ayının 26-dan – 31-dək Moskvada keçiriləcək.

M.Qorki adına Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Xalq Artisti, RF-in Teatr Xadimləri İttifaqının katibi Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutacaq laboratoriyanın budəfəki mövzusu "A.P.Çexovun "Üç bacı" pyesinin üzərində iş zamanı tətbiq edilən analiz metodu"dur.

Laboratoriya günlərində (29 may) Valeriy Fokinin sədrliyi ilə Teatr Rejissorları Gildiyasının II Assambleyası keçiriləcək. Assambleya görkəmli rejissor Yuri Lyubimovun anadan olmasının 100 illiyinə həsr olunacaq.

Dərslər RF-in Teatr Xadimləri İttifaqının binasında baş tutacaq.

Qeyd edək ki, B.Osmanov Assambleyanın yığıncağında "K.S.Stanislavskinin əməli təliminin ünsiyyət problemi" və "2009-2019-cu illər Azərbaycan teatrı — Beynəlxalq aləmdə: perspektivlər və araşdırmalar" mövzuları ilə çıxış edəcək, həmçinin "Üç bacı" pyesinin təhlili prosesində yaxından iştirak edəcək.

Xəbər lenti
0