CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fasilə bitdi, Bakı əvvəlki halına qayıdır

Abunə olmaq
Artıq insanlarda "deyəsən, xəta sovuşdu" kimi ümidlər baş qaldırmağa başlayırdı ki...

BAKI, 8 may — Sputnik. Bir neçə il öncə nisbi sakitlik yarandı. Xırda "toqquşmaları" saymasaq, bu müddətdə, paytaxt əvvəlki dönəmlərdə olduğu kimi, irimiqyaslı söküntü-qarşıdurmaların meydanı olmadı. Hətta, insanlarda "deyəsən, xəta sovuşdu" kimi ümidlər baş qaldırmağa başladı. Amma…

Sökülmüş evin qalıqları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıdakı qorxunc gecənin təfərrüatları: sakinləri elektroşokerlə vurublar

Son bir neçə ay ərzində Bakının müxtəlif ərazilərində, mülkiyyət hüququnun kobud şəkildə pozulması halları və bundan qaynaqlanan etirazlar, qarşıdurmalar yaşanır. Xüsusilə fərdi yaşayış evlərinə qarşı həyata keçirilən genosidin təşkilatçıları, "lazımi yerlərə pulumu vermişəm" deyərək, yanlarında sülənən qoçubəyləri də camaatın üstünə qısqırmaqdan çəkinmirlər.

Məsələn, aprelin 25-ə keçən gecə, paytaxtın Hüseyn Cavid prospektində "Olympus Park" yaşayış kompleksinin yaxınlığında olan həyət evləri, öncədən xəbərdarlıq edilmədən sökülüb. Hətta, ərazidə yaşayan bir ailə yuxudaykən, evləri başlarına uçurulub. Evdə nə vardısa, hamısı qalıb söküntünün altında. Özlərinə də açıqca "basın bayıra" komandası verilib, heç kimdən qorxmadan-çəkinmədən.

Yaxud, aprelin 30-da Süleyman Rüstəm küçəsi 193 (köhnə 69) ünvanında yaşayan sakinlərə, "Rifah Plaza" tikinti şirkətinin qoluzorluları tərəfindən divan tutulub. Sakinlərin yaşadıqları mənzilə güc yolu ilə daxil olan tikinti şirkətinin işçiləri onların əşyalarını çölə ataraq təhqir ediblər. Sakinlər ağlayıb, qışqırıb, söküntü (!) şirkətinin nümayəndələri isə amansızcasına öz əməllərinə davam ediblər. Ən dəhşətlisi isə odur ki, bütün bu proses polisin susqun müşahidələri altında yaşanıb. Ərazidəki bu qanunsuz və allahsızlıq hələ də davam edir…

Süleyman Rüstəm küçəsi 193 ünvanındakı evlərin sökülməsi - Sputnik Azərbaycan
HADİSƏ
Bakının mərkəzində şiddət yaşanır: sakinləri zorla evlərindən çıxarırlar

O zaman da, bu zaman da mülkiyyət sahiblərinə qarşı səlahiyyət sahiblərinin əməllərinə 3 arqumentlə haqq qazandırılmağa çalışılır:

— Dövlət planına düşüb, etiraz qəbul olunmur;
— Paytaxtımızı siçovul damlarından təmizləyib, "göydələnlərlə" bəzəyirik;
— Pulumu verib müvafiq qurumdan icazəmi almışam, dərdinizi onlara anladın.

Göründüyü kimi, hər üç izahat qeyri-insani, primitiv və məntiqsizdir. Əvvəla, dövlətin hər bir planı vətəndaşın rifahından yana olmalıdır. Mənim arzularım, ah-qarğışım, əzilən haqlarım üzərində qurulan heç bir plana sorğu-sualsız xeyir-dua verəcək deyiləm. Bunu plan qurmazdan öncə düşünmək lazımdır. Madəm ki, bunu düşünmədən plan qurulub, o zaman ya vətəndaşını dilə tutub halallıq al, ya da planını dəyiş.

Süleyman Rüstəm 193 ünvanında yerləşən evlərdəki hazırki vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Rifah Plaza" şirkətinin rəhbəri: Kasıbların mənim binamda nə işi var?!

İkincisi, ölkənin və paytaxtın hansı ərazisində, hansı cür tikilidə, hansı şərtlər altında yaşamaq mənim ən təbii və konstitusion haqqımdır. İstəyərəm Müşfiqabadda toyuq hinində yaşayaram, istəyərəm Süleyman Rüstəm küçəsində "siçovul damında", istəyərəm də (təbii ki, imkanım çatsa) Teymur Əliyev (indiki Məmməd Araz) küçəsində villada. Əgər birilərinin dərdi mənim daha gözəl yaşamağımdırsa, özlərinə dərd etməsinlər, mən halımdan məmnunam. Yox əgər, gözləri mənim daxmamın altındakı bahalı torpaqdadırsa, o zaman əziyyət çəkib nazımla oynasınlar, razılığımı almağa çalışsınlar. Belə də ki, razılıq vermirəm!

Nəhayət, "puldan basıb" söküntü-tikintiyə sərəncam alanlar və o sərəncama imza atanlar! Ən dəhşətli arqument sizinkidir. Vallah-billah, adam söz tapa bilmir. Necə izah edəsən, nəyi əsas gətirəsən, nə təhər qandırasan… Mənim halal əmlakım üzərində, məndən xəbərsiz alış-veriş edildiyinə dair dərdini yada desən, adamın üzünə tüpürər ki, "ayıb deyil, bu boyda yalan danışırsan?"

Ayıbdır, həqiqətən ayıbdır, amma kimə, bilmirəm…

Xəbər lenti
0