BAKI, 7 may — Sputnik. ABŞ-ın San-Dieqo şəhərində polis əməkdaşları onlara doğru pnevmatik tapançanı tuşlayan 15 yaşlı yeniyetməni güllələyərək öldürüblər. APA-nın “The Sacramento Bee” nəşrinə istinadən verdiyi xəbərə görə, insident məktəb yaxınlığında avtomobil duracağında baş verib. Yeniyetmə polis əməkdaşlarının “silahı yerə qoy” əmrinə məhəl qoymayıb.
Polislər yeniyetməyə bir neçə dəfə atəş açıblar, sonra isə ilk tibbi yardım göstəriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.